28 C
Baku
Wednesday, July 24, 2024

Peter Siyarto: “Macarıstan Azərbaycandan əlavə həcmdə qaz əldə etməkdə maraqlıdır”

Macarıstan Serbiya və Bolqarıstan arasında interkonnektor tamamlandıqdan sonra bu boru kəməri vasitəsilə Azərbaycandan əlavə həcmdə qaz əldə etməkdə maraqlıdır.

Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviçlə görüşündən sonra deyib.

Peter Siyarto əlavə edib ki, Avropa İttifaqı Cənub-Şərqi Avropada infrastrukturun tikintisi üçün maliyyə resursları təmin etməlidir.

Cedoviç və Siyarto bu gün iki müqavilə imzalayıblar.

“Birinci razılaşma Macarıstan-Serbiya kəmərinin tikintisinə aiddir və bu, tədarükün daha çox təhlükəsizliyinə imkan verəcək”, – Dubravka Cedoviç deyib. İkinci layihə “Serbiyagaz” və Macarıstanın “MVM” şirkətinə məxsus birgə müəssisənin yaradılması ilə bağlıdır.

Dubravka Cedoviç qeyd edib ki, Serbiya-Bolqarıstan qaz birləşdiricisinin tikintisi alternativ enerji mənbələrinə çıxış imkanıdır.

“Balkan axını” qaz kəmərinin tikintisi ilə Serbiya özünü mühüm tranzit ölkə kimi yerləşdirir və Serbiya-Bolqarıstan qaz birləşdiricisinin tikintisi ilə biz əlavə gücə, eləcə də alternativ enerji mənbələrinə çıxışa sahib olacağıq.

Cedoviç qeyd edib ki, Macarıstan Serbiya-Bolqarıstan interkonnektorundan hələ istifadə edəcək.

Son xəbərlər
Digər xəbərlər