“Macarıstan Xəzər qazının özünün enerji balansına daxil edilməsində maraqlıdır, lakin bunun üçün müəyyən çətinliklər mövcuddur”.
Banker.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, Avropada Rusiya qazından tam imtina və onun əvəzlənməsi ilə bağlı müzakirələr gedir: “Söhbət sanksiyalarından gedirsə çox böyük asılılığa görə onları tam tətbiq edə bilmirik. Bu məsələyə praqmatik, Xəzərin enerji resurslarından istifadə nöqteyi-nəzərindən yanaşırıq”.
O deyib ki, boru xətti infrastrukturunun olmaması bu niyyəti çətinləşdirir: “Avropa əlavə resursların necə reallaşdırılacağı üzərində düşünməlidir”.
Nazir enerji resurslarının qiymətinin çox yüksək olmasını da nəzərə çatdırıb.