Əsas hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” bu ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Report Holdinqə istinadən xəbər verir ki, şirkət bu ilin I rübündə 149 mln. Türkiyə lirəsi (TRY) həcmində xalis mənfəət əldə edib. Bu isə ötən ilin müvafiq dövründən 3,35 dəfə artıqdır.
Bu ilin 3 ayı ərzində şirkətin xalis satışı 18% artıb və 1,108 mlrd. lirə təşkil edib. Holdinqin aktivləri isə hesabat dövründə 32% artaraq 5,461 mlrd. lirəyə çatıb.