Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” xarici ticarət sərmayə şirkətləri siyahısına daxil edilib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərar rəsmi qəzetdə yayımlanaraq qüvvəyə minib.
İqtisadiyyat Nazirliyinin bu qərarı ilə “Petkim” xarici ticarət sərmayə şirkətləri siyahısında 57-ci sırada yer alıb.
Bu siyahıya daxil olan şirkətlərə vergi güzəştləri tətbiq olunur.
Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”i (51%) 2,040 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.