“Petkim Petrokimya Holding A.Ş.”-yə məxsus olan və İzmir şəhərinin Aliağa adlanan ərazisində yerləşən bir neçə obyektdə Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilir.
APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat FETÖ terror qruplaşmasına qarşı aparılan tədbirin tərkib hissəsidir.
Hüquq-mühafizə orqanları ərazidə axtarışlar aparır.
Saxlanılanlar barədə məlumat yoxdur.
Xatırladaq ki, bundan öncə “Petkim Petrokimya Holding A.Ş.”-nin baş direktoru Saadettin Korkut tutduğu vəzifədən istefa verib. Bunun ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin (“SOCAR Greece”) rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib.