23 C
Baku
Friday, April 26, 2024

“Petkim”in kapitalı 28% artıb

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in kapitalı 28% artırılaraq 2,112 mlrd. lirəyə çatdırılacaq.

Bu barədə şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) məlumat yayıb.

“Aprelin 29-da şirkətin ümumi yığıncağında kapitalın 28% artırılaraq 1,650 mlrd. lirədən 2,112 mlrd. lirəyə çatdırılması qərara alınıb”,- məlumatda qeyd edilib.

Məlumata görə, 462 mln. lirə məbləğindəki artım əvvəlki illərin mənfəəti hesabına qarşılanacaq.

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”in 51%-lik səhm paketini 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir. “Petkim”in qalan səhmləri isə İstanbul Fond Birjasında (“Borsa İstanbul”) dövriyyədədir.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər