11 C
Baku
Sunday, December 7, 2025

“Petkim”in rəhbərliyinə daha bir təyinat olub

“Petkim Petrokimya Holding A.Ş.”-də kadr və struktur dəyişikliyi olub.

Holdinqdə baş direktorun layihə və investisiyalar üzrə müavini vəzifəsi yaradılıb. Bu vəzifəyə Bilal Quliyev təyin olunub.

Xatırladaq ki, bundan öncə “Petkim Petrokimya Holding A.Ş.”-nin baş direktoru Saadettin Korkut tutduğu vəzifədən istefa verib. Bunun ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin (“SOCAR Greece”) rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib.

“APA-Economics”in əldə etdiyi məlumata görə, şirkətin bir neçə rəhbəri şəxsi, o cümlədən baş direktorun satınalmalar üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.

“SOCAR Türkiye” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev isə bildirib ki, “Petkim Petrokimya Holding A.Ş.”-nin müxtəlif departamentlərində çalışan 27 nəfər işdən azad olunub. V. Əliyev əlavə edib ki, “SOCAR Türkiye” isə müxtəlif departamentlərdə çalışan 4 işçinin müqaviləsinə xitam verərək onlarla yollarını ayırıb.

APA

Son xəbərlər
Digər xəbərlər