8 C
Baku
Thursday, December 12, 2024

“Petkim”in rəhbərliyinə yeni təyinat olub

“Petkim Petrokimya Holding AŞ”-nin rəhbərliyinə yeni təyinat olub.

“APA” xəbər verir ki, Oğuzhan İpek şirkətin baş direktorunun müavini vəzifəsinə təyinat alıb. O.İpek bu vəzifədə tədarük zəncirinə nəzarət edəcək.

2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan “Petkim”də nəzarət-səhm paketinə malik olmaq üçün “SOCAR Türkiyə Enerji A.Ş.” vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə “SOCAR Türkiyə Enerji A.Ş.” “Petkim” obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir.

Hesablamalara uyğun olaraq, bu zavod “Petkim”in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.

Son xəbərlər
Digər xəbərlər