7 C
Baku
Thursday, December 12, 2024

“Petkim”in xalis mənfəəti 19% artıb

Türkiyənin “Petkim” neft-kimya kompleksi (əsas payı SOCAR-a məxsusdur) ötən ili 6 545 mln. Türk lirəsi ilə xalis mənfəətlə başa vurub, bu da illik müqayisədə 19% çoxdur.

Hesabat dövründə “Petkim” üzrə toplam satışlar 70% artaraq, 48 898 mln. lirə təşkil edib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məzənnəsinə görə, 1 TL 0.09 AZN təşkil edir.

Xatırladaq ki, 2008-ci il mayın 30-da “Petkim Petrokimya Holding A.Ş.”nin səhmlərinin 51%-i hərraca çıxarılıb və 2 milyard 40 milyon dollara SOCAR tərəfindən əldə edilib. Hazırda “Petkim”in nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi zavodları fəaliyyət göstərir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər