15 C
Baku
Thursday, March 28, 2024

“Petrobras” şirkəti neft ixracı üzrə yeni rekorda imza atıb

Braziliyanın neft-qaz şirkəti olan “Petroleo Brasileiro” (“Petrobras”) aprel ayında yeni rekorda imza atıb. Belə ki, ötən ay şirkətin gündəlik neft ixracı 1 mln. barel səviyyəsinə çatıb (aylıq 30,4 mln. barel).

“Petrobras” verdiyi məlumata görə, şirkətin neft ixracı üzrə əvvəlki rekordu (gündəlik 771 min barel) ötən ilin dekabrında qoyulmuşdu.

Məlumata əsasən, bu ilin birinci dörd ayında “Petrobras”ın əsas ixrac istiqaməti Çin olub (ixracın 60%-i).

Qeyd edək ki, şirkətin ixrac üzrə göstəricisinin artımı qlobal iqtisadiyyatdakı çətin bir dövr və neft bazarında koronavirusla əlaqədar yaranan tələbatın azalması fonunda əldə edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər