“Peugeot” tarixinin ən güclü avtomobillərini təqdim edib

Fransanın “Peugeot” avtomobil şirkəti tarixinin ən güclü avtomobillərini təqdim edib – 508 və 508 SW modifikasiyalı Peugeot Sport Engineered (PSE). Banker.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Peugeot 508 PSE modeli iki elektrik mühərriklə işləyən və 360 at gücündə olan 1,6 litrlik turbomotor ilə təchiz edilib.

Hər iki avtomobildə 0-dan 100 km/s qədər sürətlənmə 5,2 saniyə çəkir, maksimal sürət 250 km/s təşkil edir. Bundan əlavə, yeni modellər adaptiv asqı, kruiz-kontrol, gecəgörmə sistemi, virtual alətlər paneli və 10 düymlük sensorlu ekranla təchiz edilib.

Peugeot 508 PSE avtomobili 2021-ci ilin birinci yarısında satışa çıxarılacaq.

Xatırladaq ki, sentyabrın 22-də “Peugeot” şirkəti Partner furqonlarının istehsalına başlamaq qərarını açıqlamışdı.