26 C
Baku
Saturday, July 27, 2024

Peyklərimiz 33 ölkə üzrə 45.1 milyon dollar gəlir gətirib

2020-ci ilin yanvar-dekabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 33 ölkəsinə 45,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. 2020-ci ilin dekabr ayında isə “Azərkosmos” ASC dünyanın 23 ölkəsinə 3,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

“Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-dekabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Birləşmiş Krallıq, ABŞ, Malayziya və BƏƏ-dir.

Son xəbərlər
Digər xəbərlər