9 C
Baku
Friday, December 13, 2024

Peyvənd olunmayan müəllimlərə xəbərdarlıq: Güzəşt edilməyəcək

Vaksinasiya prosesi ilə bağlı güzəşt etməyi düşünmürük.

Bu barədə təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə məlumat verib.

Nazir qeyd edib ki, vaksin olunmayan müəllimlər və digər təhsil işçiləri də bu prosesə cəlb ediləcək:

“Ali təhsil sistemdə əyani tədrisə keçsək də, böyük auditoriyalarda mühazirə zamanı müəyyən məhdudiyyətlər olacaq. Vaksinasiya məsələsində güzəştlər etməyi düşünmürük. Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Vaksin sertifikatı təqdim etməyənlərə güzəşt etməyəcəyik”.

Oxşar yazı: “Kontakt” “Dərsə ağıllı başla” kampaniyasına start verdi – 50%DƏK ENDİRİMLƏR

Son xəbərlər
Digər xəbərlər