26 C
Baku
Tuesday, August 19, 2025

Pezeşkian: “Cənubi Qafqazda sülh İranın strateji prioritetidir”

Cənubi Qafqazda sülh İranın strateji prioritetidir və Azərbaycan və Ermənistan arasında sülh müzakirələrini dəstəkləyir.

Bunu İran prezidenti Məsud Pezeşkian İrəvanda Ermənistan baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranın mövqeyi Cənubi Qafqazda beynəlxalq sərhədlərdə dəyişikliyin olmaması və bu bölgənin geosiyasi rəqabətlər mərkəzinə çevrilməməsidir.

Pezeşkian bildirib ki, Qafqaz məsələlərinin həllinin regiondan kənar qüvvələrə tapşırılması regionun şəraitinin mürəkkəbləşməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 18 avqustda İrəvana səfər edib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər