17 C
Baku
Friday, October 18, 2024

Pezeşkian: İran Qüds azad edilənədək hərtərəfli dəstəyini davam etdirəcək

İran İslam Respublikası məzlum Fələstin xalqına bütün istəkləri reallaşana, hüquqları bərpa olunana, Qüds azad edilənədək hərtərəfli dəstəyini davam etdirəcək.

Bu, İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın HƏMAS (Fələstin İslami Müqavimət Hərəkatı) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin təbrikinə təşəkkür məktubunda bildirilib.

O qeyd edib ki, İslam İnqilabının yüksək prinsip və məqsədlərini müdafiə edərək, İmam Xomeyninin idealları və ali rəhbər Seyid Əli Xamənenin göstərişləri çərçivəsində, islam dinini dəstəkləməyi özünün insani və dini vəzifəsi hesab edir: “Əminəm ki, müqavimət göstərən Fələstin xalqına qələbə və ilahi zəfər nəsib olacaqdır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər