24 C
Baku
Monday, June 16, 2025

Pezeşkian: “Nüvə silahını dəstəkləyənlərin İran siyasətində yeri yoxdur”

“İran İslam Respublikası nüvə silahının hazırlanmasına qarşıdır və bu, ölkənin ali lideri Ayətullah Əli Xameneinin dəyişməz mövqeyidir”.

Bu barədə İranın Prezidenti Məsud Pezeşkian bəyan edib.

“Dövlətin mövqeyi aydındır və ali lider bunu dəfələrlə vurğulayıb: İran nə nüvə silahına sahib olmağa can atır, nə də onun hazırlanması istiqamətində addımlar atır. Bu, açıq və qəti mövqeyə zidd fikir bildirən, yaxud bu xəttə qarşı çıxan şəxslərin İran İslam Respublikasının siyasətinin formalaşdırılmasında yeri yoxdur”, – deyə dövlət başçısı bəyan edib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər