11 C
Baku
Friday, October 25, 2024

“Pfizer” ABŞ-da peyvənd çatışmazlığının olduğunu açıqlayıb

Amerikanın “Pfizer” şirkəti iyun-iyul aylarının sonuna qədər kifayət edəcək miqdarda vaksin istehsal edə bilməyəcəyini açıqlayıb.

Bu barədə Banker.az xarici mətbuata istinadən xəbər verir.

Bu, digər ölkələrdə tələbatın həddindən artıq olması ilə əlaqədardır.

Xatırladaq ki, Amerika hökuməti “Pfizer” şirkətinə 100 milyon doza peyvənd sifariş etmişdir və bu miqdarı 500 milyona çatdırmağı planlaşdırmışdır.

Nəticədə, amerikalıların böyük hissəsini peyvəndlə təmin etmək mümkün olmayacaq. “The Washington Post” buna həm də logistika ilə əlaqəli problemlərin təsir etdiyini vurğulayıb. Belə ki, 2020-ci ilin sonunadək “Pfizer” planlaşdırdığı kimi 100 milyon deyil, cəmi 50 milyon doza tədarük edəcək.

Son xəbərlər
Digər xəbərlər