5 C
Baku
Saturday, December 14, 2024

“Pfizer” biotexnologiya şirkəti “Seagen”i 30 mlrd. dollara almaq üçün danışıqlar aparır

“Pfizer” əczaçılıq korporasiyası “Seagen” biotexnoloji şirkətini almaq üçün danışıqlar aparır. Bildirilir ki, danışıqlar ilkin mərhələdədir, ona görə də sövdələşmənin baş tutacağına zəmanət yoxdur. Keçən il “Seagen”in alışı ilə bağlı danışıqlar Amerikanın başqa bir dərman şirkəti olan “Merck” tərəfindən aparılsa da, heç bir nəticə verməyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Əgər sövdələşmə baş tutarsa, müqavilənin dəyəri ən azı 30 milyard dollar olacaq. Xatırladaq ki, “Seagen”in hazırkı bazar dəyəri təxminən 33 milyard dollardır. Şirkət kimyaterapiyadan fərqli olaraq sağlam hüceyrələrə təsir etməyən və yalnız bədxassəli şişi hədəfləyən dərmanlar üzrə ixtisaslaşıb.

“Seagen”in alışı “Pfizer”ə yaxın bir neçə il ərzində müddəti bitən patentlərinin satış itkilərini azaltmağa kömək edəcək. “Pfizer”in proqnozlarına görə, 2030-cu ilə qədər onun satışları 17 milyard dollar azala bilər.

Son xəbərlər
Digər xəbərlər