16 C
Baku
Thursday, May 2, 2024

“Pfizer” biotexnologiya şirkəti “Seagen”i 43 mlrd. dollara alır

Əczaçılıq korporasiyası “Pfizer Inc.” və biotexnologiya şirkəti “Seagen Inc.” bu gün, martın 13-də birləşmə haqqında razılaşmaya nail olduqlarını açıqlayıblar. Məlumata görə, müqavilənin dəyəri 43 milyard dollar dəyərində qiymətləndirilir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Seagen” kimyəvi terapiyadan fərqli olaraq sağlam hüceyrələrə təsir etməyən, kimyaterapiyaya alternativ olan, toksin-immunokonjuqatlar adlanan, şişə yönəlmiş dərmanlar üzrə ixtisaslaşıb.

Keçən il “Seagen”in alışı ilə bağlı danışıqlar Amerikanın başqa bir dərman şirkəti olan “Merck” tərəfindən aparılsa da, heç bir nəticə verməyib. Eyni zamanda bildirilib ki, əgər sövdələşmə baş tutarsa, müqavilənin dəyəri ən azı 30 milyard dollar olacaq. Xatırladaq ki, “Seagen”in hazırkı bazar dəyəri təxminən 33 milyard dollardır.

Müqavilə elan edildikdən sonra “Seagen” səhmləri 18% bahalaşıb. “Pfizer” səhmləri isə 2.36% ucuzlaşıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər