5 C
Baku
Saturday, December 14, 2024

“Pfizer” istehsal etdiyi Covid-19 peyvəndinin 95% təsirli olduğunu açıqladı

Amerikanın “Pfizer” şirkəti araşdırmalar əsasında istehsal etdiyi Covid-19 peyvəndinin 95% təsirli olduğunu açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Şirkətdən verilən məlumata görə, bu peyvənd ölüm riski yüksək olan yaşlı insanları da qoruyur.

Xatırladaq ki, daha əvvəl “Pfizer” Almaniyanın “BioNTech” şirkəti ilə birlikdə hazırladığı peyvəndin 90%-dan çox təsirli olduğunu bildirmişdir. Yeni məlumatlara görə, şirkət 170-dən çox yoluxma halını tədqiq edəndən sonra bu qənaətə gəlib.

Qeyd edildiyi kimi, “Pfizer” araşdırmasının təfərrüatlarını hələ açıqlamayıb və əldə olunan nəticələr müstəqil ekspertlər tərəfindən nəzərdən keçirilməyib. Eyni zamanda şirkət peyvəndinin yan təsirləri barədə heç bir məlumatın olmadığını söyləyib. Müşahidələr əsasında qeydə alınan yan təsirlərdən biri yorğunluq hissi olmuşdur. Bu, sınaq iştirakçılarının 4%-ni əhatə edib.

17 noyabr ayında Amerikanın “Moderna” şirkəti Covid019 peyvəndinin 94,5% təsirli olduğunu bildirmişdir. Şirkət bu ilin sonuna qədər ABŞ-da 20 milyon doza peyvənd istehsal etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər