16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

“Pfizer” logistika səbəbindən 2020-ci ildə peyvənd tədarükünü iki dəfə azaldacaq

Screen Shot 2021 09 02 at 14.34.20

Amerikanın “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanmış koronavirus peyvəndlərinin maddi-texniki təchizatı ilə bağlı problemlər, ilin sonuna qədər tədarükün iki dəfə azalmasına səbəb olacaq.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəər verir.

Xatırladaq ki, daha əvvəl “Pfizer” 2020-ci ildə 100 milyon doza tədarük etməyi planlaşdırırdısa, indi bu rəqəm 50 milyon doza olacaq.

“Pfizer”in sözçüsü bildirib ki, peyvəndlərin çatdırılmasını təşkil etmək üçün “gözləniləndən daha çox vaxt tələb olunur”. “Biz gecikdik”, – deyə peyvəndin hazırlanmasında birbaşa iştirak edən mütəxəssis bildirib. “Ən birinci partiyalardan bəziləri standartlara cavab verməyib. Biz bunu düzəltdik, lakin bu il planlaşdırılmış tədarükü yerinə yetirməyə vaxtımız olmayıb”.

Xatırladaq ki, “Pfizer” xammalı ABŞ və Avropadakı tədarükçülərdən alır. Şirkət alman tərəfdaşı ilə birlikdə bu ilin sonunadək 100 milyon doza vaksin tədarük etməyi planlaşdırıb, lakin logistika ilə bağlı problemlər üzündən bu plan 50 milyon dozaya endirilib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər