4 C
Baku
Friday, March 29, 2024

“Pfizer” rəsmisi: “İki doza vaksin kifayət etməyə bilər”

İki doza “Pfizer” peyvəndindən 12 ay sonra üçüncünü də vurdurmaq tələb oluna bilər.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Albert Burla məlumat verib. Qeyd edildiyi kimi, vaksinasiyanın hər il həyata keçirilməsi planlaşdırılır.

Burla qeyd edir ki, vaksinasiyanın müntəzəmliyi koronavirus ştammından asılı olacaq. “Pfizer-BioNTech” peyvəndi altı ay müddətində immunitet verir, lakin zaman keçdikcə onun təsiri azalır. Preparatın effektivliyini real şəraitdə yoxlamaq tələb olunacaq.

Xatırladaq ki, “Pfizer” ABŞ və Aİ tərəfindən təsdiqlənən ilk peyvənd olub. Aprelin əvvəlində iki dozadan sonra peyvəndin effektivliyi 91.3%-ə bərabər olub.

Son xəbərlər
Digər xəbərlər