18 C
Baku
Çərşənbə, May 25, 2022

“Pfizer” şirkəti Azərbaycandan gedir

Azərbaycan bazarını daha bir şirkət tərk edir.

Banker.az xəbər verir ki, “Pfizer H.C.P. Corporation” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv edilir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1014 Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 43, mənzil 17/2 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, bu nümayəndəlik Azərbaycanda 2009-cu ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Dmitry Kozenkov-dur.

Pfizer H.C.P. Korporasiya Mərkəzi və Şərqi Avropa regionunda tədqiqata əsaslanan qlobal səhiyyə şirkətidir və biznes seqmentlərinə əczaçılıq, səhiyyə və xəstəxana məhsulları daxildir. Şirkət Amerikada 1989-cu ildə təsis edilib.

Son xəbərlər
Oxşar xəbərlər