27 C
Baku
Saturday, July 27, 2024

Pfizer şirkəti botoks istehsalçısını rekord məbləğə əldə etdi

Pfizer Inc. şirkəti botoks istehsalçısı olan Allergan şirkətini 1 səhmin dəyəri 380 dollar olmaqla əldə etdi. Müqavilənin ümumi dəyəri isə 150 milyard dollar təşkil edir və bu müqavilə bu seqmentdə rekord məbləğ hesab edilir. Sözügedən bu müqavilə haqqında ilkin məlumatı Bloomberg agentliyi vermişdir.

Bundan əlavə, bu müqavilə Pfizer Inc. şirkətinin tarixində də ən iri miqyaslı müqavilə ola bilər. Şirkət bundan əvvəl 116 milyard dollara Warner-Lambert Co. şirkətini əldə etmişdi. Evercore ISI analitiki Umer Raffat-ın sözlərinə görə, ABŞ Maliyyə nazirliyi müqaviləni pozmaq üçün səlahiyyətlərə malik deyil. Bununla yanaşı, Pfizer və Allergan şirkəti müqavilə barədə şərh bildirməkdən imtina etmişlər.

İrlandiyanın Allergan şirkətinin əldə edilməsi amerikalı Pfizer şirkətinə vergi məqsədləri üçün qeydiyyatın dəyişdirilməsinə kömək edə bilər. Agentliyin bildirdiyinə görə, bir çox hallarda şirkətlər vergini digər ölkənin büdcəsinə ödəməyə başlayır, menecment isə ABŞ-da qalmağa davam edir.

Son xəbərlər
Digər xəbərlər