COVID-19-un Omicron ştamına qarşı effektiv peyvənd martda hazır olacaq.
Bunu “Pfizer”in icraçı direktoru Albert Bourla deyib.
Onun sözlərinə görə, şirkət artıq ilkin dozaların istehsalına başlayıb.
Albert Bourla peyvəndin COVID-19-un digər variantlarını da hədəf alacağını deyib. O, Omicron peyvəndinə ehtiyac olub-olmamasının və ya necə istifadə ediləcəyinin hələ də bəlli olmadığını, lakin bəlli dozaların hazır olacağını bildirib. O qeyd edib ki, peyvəndin mümkün qədər tez hazırlanmasını istəyən hökumətlər var.