8 C
Baku
Monday, November 18, 2024

“Pfizer” və “AstraZeneca” Fransaya $1 mlrd. sərmayə qoyur

“Pfizer” və “AstraZeneca” əczaçılıq şirkətləri dünən, mayın 12-də Fransaya ümumi məbləği təxminən 1 milyard dollar olan yeni sərmayələri açıqlayıblar.

“Pfizer” Fransadakı tədqiqat laboratoriyalarına 500 milyon avro (538.5 milyon dollar) sərmayə qoyacağını bildirib. “AstraZeneca” isə Dunkerkdə zavodun tikintisinə 388 milyon dollar yatırmaq niyyətindədir.

Şirkət bazar ertəsi keçirilən illik “Fransanı seçin” biznes sammitindən əvvəl yeni sərmayəni açıqlayıb. Bu gün Fransa iqtisadiyyatına digər iri şirkətlərin sərmayələri haqqında da məlum olub. Belə ki, “Morgan Stanley” bankı Parisdə 100-ə yaxın iş yeri yaradacaq yeni Avropa ofisini açmaq niyyətində olduğunu açıqlayıb. Alman hava taksi startapı “Lilium” Fransada 850-yə qədər yeni iş yeri yaradacaq zavodun tikintisinə 400 milyon avro sərmayə qoyur. İsveçrənin nikel emalı şirkəti “KL1” isə Bordo yaxınlığında zavod tikəcək. Şirkət bunun üçün 300 milyon avro xərcləyəcək.

Keçən il sammitdə şirkətlər Fransa iqtisadiyyatına 13 milyard avro sərmayə yatırdıqlarını açıqlamışdılar.

Son xəbərlər
Digər xəbərlər