11 C
Baku
Wednesday, December 11, 2024

“Pfizer” xərçəngə qarşı dərman istehsal edən şirkəti alır

Dünyanın ən böyük əczaçılıq şirkətlərindən biri olan “Pfizer” xərçəng xəstəliyinə qarşı dərman istehsal edən “Trillium Therapeutics”i alacaq.

Banker.az bu barədə xarici Kİv-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, müqavilənin dəyəri 2.26 milyard dollar və ya səhm başına 18.5 dollar təşkil edəcək.

“Trillium” səhmlərinin qiyməti ticarət sessiyasının sonunda demək olar ki, 203.8% təşkil edəcək (üç dəfə çox). Qeyd edək ki, şirkət xərçəng hüceyrələrini aşkar etmək və öldürmək qabiliyyətini artıran dərmanlar hazırlayır. Məsələn, “Trillium”un hazırladığı “TTI-622” və “TTI-621” insanlara bir sıra hematoloji bədxassəli xəstəliklərlə mübarizə aparmağa kömək edir. Hələki bu preparatlar sınaq mərhələsindədir. 2020-ci ildə dünyada 1 milyondan çox insana qan xərçəngi diaqnozu qoyulub ki, bu da xəstələnmə hadisələrinin 6%-ni təşkil edir. Şirkət keçən il 700 mindən çox insanın qan xərçəngindən öldüyünü bildirir.

2020-ci ilin sentyabrında “Pfizer” şirkəti “Trillium”a 25 milyon dollar sərmayə qoyub. Onda şirkət 10.88 dollar qiymətinə 2.3 milyon adi səhm alıb. Müqaviləni açıqladıqda sonra “Trillium”un baş direktoru Yan Skvarka bunun sayəsində fəaliyyətini daha da genişləndirə biləcəyini söyləyib.

“Trillium” səhmləri Bakı vaxtı ilə saat 16:15-də bahalaşıb və 17.73 dollar (+191.13%) səviyyəsinə çatıb. “Pfizer” səhmlərinin qiyməti 3.3% bahalaşaraq 50.34 dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər