10 C
Baku
Friday, December 13, 2024

“Pfizer”in baş direktoru peyvəndin effektivliyi xəbəri fonunda 5,6 mln. dollarlıq səhm satıb

Amerikanın “Pfizer” şirkətinin baş direktoru Albert Burla, ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyasına göndərilən ərizəyə əsasən 9 noyabr tarixində şirkətin 132 508 səhminin hər birini 41.94 dollara satıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Beləliklə, Burla 5.6 milyon dollar qazanıb.

Xatırladaq ki, həmin gün “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti hazırladıqları koronavirus peyvəndinin sınaqların üçüncü mərhələsində olublar və onun 90%-dən çox effektiv olduğunu müəyyən ediblər. Bu xəbərdən sonra “Pfizer”in səhmləri 15% bahalaşıb.

Bildiyimiz kimi, “Pfizer” və “BioNTech”in sınaqları iyulun 27-də başlayıb, sınaqda iştirak edən 43 min nəfərdən 40 min nəfər tamamilə sağalıb. Şirkətlər peyvəndin təhlükəsizliyi ilə bağlı məlumatları noyabr ayının ortalarına qədər yoxlayıb ABŞ-ın Qida və Dərman İdarəsinə təqdim edəcək.

Son xəbərlər
Digər xəbərlər