3 C
Baku
Saturday, December 14, 2024

P&G şirkəti qanunlarını pozub, Gömrük Komitəsi protokol tərtib edib

“Prokter & Gemble Azərbaycan Servisləri” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Protokol Səbail Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Ülviyyə Şükürovadır.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Bu protokolun imzalanması şirkətin artıq cərimələnməsi deyil. Belə ki, Məhkəmə, iş materiallarını araşdırmaqla şirkətin cərimə edilib-edilməyəcəyinə qərar verir.

Qeyd edək ki, Procter & Gamble şirkəti 1996-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Şirkəti mərkəzi ABŞ-də yerləşən təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olur.

P&G şirkəti Azərbaycanda Pampers, Tide, Ariel, Head & Shoulders, Always, Pantene, Fairy, Blend-a-med, Oral-B, Gillette, Safeguard, Lenor, Dreft, Discreet kimi dünya brendlərini alıcılara təqdim edir.

Son xəbərlər
Digər xəbərlər