22 C
Baku
Thursday, April 18, 2024

“Philip Morris” Ukraynaya 30 mln. dollar sərmayə qoyur

Amerikanın “Philip Morris International” tütün şirkəti Ukraynanın Lvov şəhərində 30 milyon dollara yeni fabrik tikəcək. Məlumata görə, istehsal 2024-cü ilin birinci rübündə başlayacaq, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

“Biz Ukraynaya bu yeni sərmayəni elan etməkdən qürur duyuruq. Yeni obyektimiz ukraynalılar üçün etibarlı məhsul tədarükü və məşğulluq imkanlarını təmin edəcək”, – deyə “Philip Morris International”ın Avropa bölməsinin prezidenti Massimo Andolina bildirib.

Güman edilir ki, yeni istehsalın işə salınması şirkətə daxili tələbatı tam ödəməyə, yüzlərlə yeni iş yeri yaratmağa və bu gün və gələcəkdə Ukraynanın iqtisadi artımını dəstəkləməyə imkan verəcək. Fabrikin tikintisi üçün hazırlıq işlərinə 2023-cü ilin iyulunda başlanacaq. Şirkət nümayəndələri əlavə ediblər ki, fabrikdə 250-yə yaxın adam çalışacaq.

“Philip Morris” 1994-cü ildən Ukrayna bazarında fəaliyyət göstərir və bu müddət ərzində Ukrayna iqtisadiyyatına 700 milyon dollardan çox sərmayə qoyub. Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Xarkov vilayətində “Philip Morris International” fabrikinin işi dayandırılıb. Tütün şirkəti hələ ki, təhlükəsizlik baxımından fəaliyyətini davam etdirməyə hazır olmadığını deyir.

 

Son xəbərlər
Digər xəbərlər