8 C
Baku
Friday, December 13, 2024

Phubbing nədir?

Phubbing (ingiliscə phubbing; ingilis dilindən Phone – “telephone” və snubbing – “laqeyd münasibət”) həmsöhbətlə danışarkən daim qadjetlər (telefon,planşet,ağıllı saatlar və s.) tərəfindən diqqəti yayındırmaq vərdişidir. Smartfonlar, planşetlər, Apple Watch-lar gündəlik həyatımızın vacib hissəsinə çevrilib. Gündə bir neçə saat onlayn vaxt keçirmək artıq normal olaraq qəbul olunur. Lakin bəzi insanlar artıq real dünyadan çox virtual reallığa vaxt ayırırlar və bu da onlarda internet asılılığı yaradır. Onun simptomlarından biri də Phubbingdir.

“Fubbing” termini 2012-ci ilin may ayında  Sidney Universitetində ortaya çıxmışdır. Nəhəng “McCann”reklam agentliyi ədəbiyyatşünaslar, yazıçılar və şairlərlə konqres təşkil etdi və canlı ünsiyyət zamanı bir insanın daima smartfon tərəfindən diqqəti yayındığı üçün yeni fenomenə STOP PHUBBING adı verildi.Fubbinq – qadjetlərə və internetə aludəçiliyin təzahürlərindən biridir. Söhbət zamanı smartfonun diqqəti yayındırmaq vərdişidir. Məsələn: hər hansı şəxs ilə ünsiyyət qurduqda və eyni zamanda kiminləsə yazışdıqda sosial şəbəkələrdəki ictimai səhifələri və ya zəng etdiyiniz zaman, mahiyyətcə, həmsöhbətimizə məhəl qoymamaq  halları son zaman çox geniş yayılıb.

Türkiyədə 2020-ci ildə aparılan sorğu göstərdi ki, tələbələrin 41%-i hər dərsdə ən azı bir dəfə sosial şəbəkələri və messencerləri yoxlayırlar.Yaşı 40-dan az olan müəllimlər tələbələrinin diqqətini cəlb edə bilmədiklərinə görə, özlərini kifayət qədər bacarıqlı və mühazirə üçün zəif hazırlandıqlarını etiraf edirlər. Yaşca daha böyük müəllimlər “phubbing”ə məhəl qoymamağa çalışır, lakin buna baxmayaraq, bunu hörmətsizlik əlaməti hesab edirlər.2021-ci ildə Meksikada aparılan bir araşdırmaya görə, respondentlərin 75%-ə qədəri təhsil zamanı cib telefonlarından yayınılar. 2022-ci ildə Rusiyada keçirilən sorğu 108 şagirddən ibarət kiçik bir nümunə ilə belə təxminən eyni nəticəni (70%) göstərdi.

“Phubbing” akademik performansa birbaşa təsir edirmi? Alimlərin fərqli fikirləri var. Bəzi hallarda, onlar əslində aşağı sinif şagirdlərinin  smartfonlardan yayınması ilə əlaqələndirirdilər. Məsələn, 2015-ci ildə Böyük Britaniya məktəblərdə mobil telefonları qadağan etməklə eksperiment keçirib və 16 yaşlı gənclər arasında test balları 6,4% yaxşılaşıb. Eyni zamanda, 2018-ci ildə Norveçdən və 2020-ci ildə İsveçdən olan tədqiqatların müəllifləri belə bir əlaqə aşkar etməyiblər.

Phubbing səbəbləri

Səbəbi nə olursa olsun, smartfon istənilən vaxt əlçatan olan phubber üçün xoş emosiyalar mənbəyinə çevrilir. Və insan bundan sui-istifadə etməyə başlayır: o, psixoloji müdafiəyə ehtiyac duyduqda dərhal rəqəmsal aləmə keçir, dərhal xoş emosialar və rahatlıq hissini bərpa edir.Fərd real aləmdən heç bir həzz almadığı üçün onu müxtəlif sosial saytlardan almaq istədiyi təqdirdə fabber olur.2021-ci ildə Rusiyada aparılan bir araşdırmaya görə, insan nə qədər gənc olarsa, onun idarə oluna bilməyən smartfon istəyi bir o qədər güclü olur. Üstəlik, qızlar oğlanlara nisbətən bundan daha çox asılı olurlar.

Nə etmək olar?

Tələb olunan tək şey budur: smartfonunuzu yoxlayarkən və  onlayn rejimdə olarkən özünüzü “control”- nəzarət etməkdir. Ətrafınızdakı insanlara qarşı kobud davrandığınızı və davranış qaydalarını pozulduğunu hiss edirsinizsə (məsələn, iş saatlarında) mobil telefonunuzu götürməyin. Bənzər halların siyahısını tərtib etməyə çalışın. Mühazirə, diqqətinizi yayındıra bilməyəcəyiniz vacib bir iş, yemək, dostlarınız və ailənizlə ünsiyyət – bütün bunları siz “telefonsuz, tamamilə smartfon olmadan edə bilmirsinizsə (məsələn, iş əlaqə saxlamağınızı tələb edir), yaxınlarınızla ünsiyyət qurmaqla bunu kompensasiya etməyi unutmayın. Onlara vaxt ayırın, diqqət, qayğı göstərin. Onlara sizin üçün nə qədər vacib olduqlarını göstərin.Şüurlu olaraq telefonunuzu və ya planşetinizi əlçatmaz bir yerə qoymağa çalışın. Onu stolun siyirməsində, şkafdakı çantada, maşında “unudun” və işinizlə məşğul olun. Siz bitirənə qədər bildirişlər gözləyəcək.Hətta bunu bir oyuna, özünüzə meydan oxumağa çevirə bilərsiniz. Mesajları yoxlamadan nə qədər gedə biləcəyinizi təyin edin və sonra öz rekordunuzu qırmağa çalışın.

Meditasiya və nəfəs texnikaları  də diqqətinizi vacib işdə saxlamağı və diqqətinizi yayındırmamağı öyrənməyə kömək edəcək. Məsələn, yoqa ilə məşğul olmağa çalışın – bu, təkcə ruhunuzu deyil, həm də bədəninizi gücləndirmək üçün yaxşı bir yoldur.

Phubbing probleminin öhdəsindən tamamilə gələ bilməyəcəyinizi hiss edirsinizsə, psixoloq və ya psixoterapevtlə əlaqə saxlamalısınız. Mütəxəssis sizə başqa hansı üsulları sınamaq lazım olduğunu söyləyəcək, davranışınızın əsas səbəblərini anlamağa kömək edəcək və sadəcə olaraq emosional dəstək verəcəkdir.

Fabber ilə necə davranmaq olar?

Çox vaxt insanlar telefonlarını tez-tez yoxladıqlarının fərqinə varmırlar. Bu onlar üçün tamamilə təbii olur. Ona görə də həmsöhbətin bu cür davranışından əsəbiləşən hər kəs ilk növbədə onun diqqətini problemə yönəltməlidir.

Bu vəziyyətdə,psixoloqların dediyinə əsasən “Mən-İsmarıc”taktikasından istifadə etmək, yəni hissləriniz haqqında danışmaq və başqasını günahlandırmamaq, manipulyasiya etməmək və ya aqressiya göstərməmək lazımdır. Məsələn, bu cür desəniz daha gözəl olardı: “Mən sənin yanında  olanda sevdiyin telefonuna baxmağın, orda qalmağın, orada fikrinin olmağı məni narahat edir. Bu zaman  özümü əhəmiyyətsiz hiss edirəm.”‎Öz aranızda qaydalar haqqında danışın bunu müzakirə edin.Ünsiyyət qaydaları haqqında razılaşın. Tutaq ki, siz bir saat ərzində mobil və ya planşetinizi götürmürsünüz. Və ya kafedə görüşəndə ​​onları masaya qoymursunuz. Və ya  siz zənglərə yalnız son dərəcə təcili və həqiqətən aktual bir şeylə bağlı olduqda cavab verirsiniz. Hər hansı digər vərdiş kimi, phubbingdən də dərhal imtina etmək mümkün deyil. Səbirli olun və sevdiyiniz insanı dəstəkləməyə çalışın və onu uğursuzluqlara görə tənqid etməyin.!

Buna görə də beyninizi  çox yormayın və psixikanıza diqqət yetirin. Sizə sağlamlıq  və hər zaman  maraqlı ünsiyyət arzu edirəm!

nigar cebrayilova nigar jabrayilovaNigar Cəbrayılova,
Psixoloq

Son xəbərlər
Digər xəbərlər