“Bakıda günün pik saatlarında avtobuslarda gediş haqqının fərqli qiymətə olması istisna edilmir”.
Bu barədə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.
Onun sözlərinə görə, günün pik saatlarında avtobuslarda gediş haqqının fərqli qiymətdə olması bütün avtobuslarda kart sisteminə keçid tətbiq edildikdən sonra reallaşa bilər: “Bütün avtobusların kart sisteminə keçidi bu ilin sonuna tamamlanacaq”.
M.Ağayev qeyd edib ki, günün pik saatlarında avtobuslarda gediş haqqının fərqli qiymətdə olması hələlik fikir olaraq qalır.
©Report