28.3 C
Baku
Tuesday, June 25, 2024

Pikassodan 30 saniyəyə 1 milyon dollar

Bir dəfə yerli bazarların birində bir qadın Pablo Pikassoya yaxınlaşaraq ona bir kağız parçası uzadır.

Qadın həyəcanla deyir:

– Cənab Pikasso, mən sizin ən böyük pərəstişkarınızam. Siz mənim üçün nə isə çəkə bilərsiniz?

Pikasso böyük sevinclə kağız parçasının üzərində bir sənət əsəri nümunəsi yaradır. Rəsmi çəkdikdən sonra Pikasso gülümsəyərək kağızı qadına qaytarır və deyir:

– Bunun dəyəri milyon dollar olacaq.

Qadın təəccüb içərisində deyir:

– Axı cənab Pikasso, siz bu kiçicik rəsmi çəkmək üçün 30 saniyə sərf etdiniz!

Qadının bu təəccübünə gülümsəyən Pikasso dedi:

– Əziz xanım, mən 30 saniyə ərzində belə kiçicik şedevr yaratmaq üçün 30 ilimi sərf etmişəm.

Son xəbərlər
 ⁠
Digər xəbərlər