ABŞ-da təşkil olunan hərracda dahi ispan rəssam Pablo Pikassonun əsərləri satışa çıxarılıb.
Doqquz tablo və iki keramika əsərdən ümumilikdə 100 milyon dollardan çox gəlir əldə edilib.
Hərrac Las-Veqas şəhərindəki bir hoteldə keçirilib.
“Sotheby’s”ın keçirdiyi hərracda ən yüksək qiymət “Qırmızı papaqlı qadın” əsərinə verilib. Rəssamın sevgilini Meriya-Tereza Valteri əbədiləşdirdiyi əsər 40 milyon dollara alıcı tapıb.
Pikassonun “Kişi və uşaq” adlı tablosu isə 21 milyon dollara satılıb.
Satılan əsərlərin Pikassonun 1917-1969-cu illər yaradıcılıq dönəminə aid olduğu bildirilir.
92 yaşında vəfat edən dahi rəssamın 13 mindən çox əsəri olduğu ehtimal edilir.