29 C
Baku
Thursday, July 18, 2024

Pilot aqroparkda 5 biznesə rezident statusu verildi

Yevlax Pilot Aqroparkında “İSFA” MMC, “XAR AGRO” MMC, “AGROTOP” MMC və fərdi sahibkarlar Mehman RəhimovFirdovsi Əhmədova rezident statusu verilib.

Banker.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

 Rezidentlər tərəfindən 177.4 hektar sahədə investisiya həcmi 4.3 mln. manatdan çox olan intensiv meyvə bağları, tingçilik və tərəvəzçilik təsərrüfatları salınacaq, 53 nəfər daimi, 187 nəfər isə mövsümi işlə təmin ediləcək.

 

“İSFA” MMC 2015-ci ildə yaradılıb, 10 manat nizamnamə kapitalı var, qanuni təmsilçisi Samir Xeyirbəyov İsrafil oğlu, “XAR AGRO” MMC 2023-cü ilin aprelində yaradılıb, 30 manat nizamnamə kapitalı var və Eldar Aydınov Məhəddin oğlu və “AGROTOP” MMC 2021-ci ildə yaradılıb, 10 manat nizamnamə kapitalı var, qanuni təmsilçisi Qalib Nuriyev Famil oğludur.

Son xəbərlər
Digər xəbərlər