26 C
Baku
Saturday, April 20, 2024

Pilotsuz uçuş aparatlarının istehsalında lider kimdir?

Azərbaycan Ermənistanla müharibədə Türkiyə və İsrail istehsalı olan pilotsuz uçuş aparatlarından geniş şəkildə istifadə etdi. Azərbaycan pilotsuz uçuş aparatlarının hesabına havada Ermənistan üzərində tam nəzarəti əldə etdi. Rusiyanın keyfiyyətli pilotsuz uçuş aparatları olmadığına görə Ermənistana nəsə verə bilmədi. Qarabağ uğrunda müharibə Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarını məşhurlaşdırdı.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, İsrail də bu silahların istehsalına xüsusi diqət ayırır: “Ancaq müasir pilotsuz uçuş aparatlarının istehsalında böyük ölkələrin də payı var.

ABŞ-ın “Popular Mechanics” dərgisinin yazdığına görə, Amerika pilotsuz uçuş aparatlarının istehsalında Çinlə rəqabət aparır. Amerika Çindən geri qalmaq istəmir və bu məqsədlə hazırda 3 tip pilotsuz uçuş aparatının istehsalı üzərində sınaqlar keçirilir. Dərgidəki yazıda vurğulanıb ki, daha modern pilotsuz uçuş aparatları istehsal edən ölkə müdafiə və hücum sistemində üstünlük qazanacaq. Həqiqətən Qarabağ uğrundakı müharibə də göstərdi ki, bahalı tanklar və raketlər kiçik həcmli pilotsuz uçuş aparatlarının hücumları qarşısında acizdirlər.

Çin yeni pilotsuz uçuş aparatlarının sınaqdan keçirilməsini və istehsalını artırıb. Hərbi mütəxəssislər Çinin bu sahədə əsas rəqiblərini qabaqlamağa çalışdığını vurğulayırlar. Bu ölkədə pilotsuz uçuş aparatlarının yüzlərlə modeli mövcuddur. Çin istehsalı olan pilotsuz uçuş aparatları həm kəşfiyyat, həm də hücum xarakterlidir. Maraqlıdır ki, Çin Türkiyə və İsraildən fərqli olaraq başqa ölkələrə pilotsuz uçuş aparatlarının satışı ilə geniş şəkildə məşğul olmur.

Çinin müdafiə sınayesi istehsal etdiyi pilotsuz uçuş aparatlarını öz ordusuna, hərbi hava və dəniz qüvvələrinə təhvil verir. Çin müdafiə sənayesi pilotsuz uçuş aparatlarını orduya təhvil verdikdən sonra yenilərinin icadı üzərində çalışmalara başlayır.

Amerika kəşfiyyatının məlumatına görə, Çinin nəzarətində olan pilotsuz uçuş aparatlarının 70 faizi yaxın məsafədə döyüşlər aparmaq üçündür. Çin kəşfiyyat xarakterli dronlara da önəm verir”.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər