5.9 C
Baku
Tuesday, March 5, 2024

Pirəhmədli kəndinə 2369 nəfərin köçürülməsi planlaşdırılır

Füzuli şəhərinin Pirəhmədli kəndinə 2369 nəfərin köçürülməsi planlaşdırılıb.

Burada ümumilikdə 565 fərdi ev tikiləcək və hər bir evin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq.

Məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 70,3 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 280 fərdi evin tikilməsi nəzərdə tutulur.

Kənddə çoxfunksiyalı inzibati binanın, mehmanxana və kafe-restoranın, məscid və mərasim evinin, yanacaq doldurma məntəqəsinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 480 yerlik orta məktəbin, 80 yerlik 2 uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, bazarın, rabitə qovşağının tikintisi planlaşdırılıb.

Tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər