6 C
Baku
Sunday, December 15, 2024

Pirallahı Sənaye Parkında 2.75 mln. manatlıq yeni şirkət cihazlar istehsal edəcək

Pirallahı Sənaye Parkında yeni rezident – “Medtest” MMC qeydiyyata alınıb. Bununla da sənaye parkının rezidentlərinin sayı 5-ə çatıb.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən verilən məlumata görə, “Medtest” MMC tərəfindən Sənaye Parkının ərazisində “Qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplər istehsalı layihəsi” həyata keçiriləcək. 20 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulan layihənin investisiya dəyəri 2.75 mln. manatdır və bunun da 82%-i təsisçi, 18%-i Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti hesabına formalaşdırılacaq.

İstehsal olunacaq məhsullar ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

Son xəbərlər
Digər xəbərlər