16 C
Baku
Friday, October 18, 2024

Pirallahı Sənaye Parkının rezidentinin direktoru vəzifəsindən azad edilib

Pirallahı Sənaye Parkının rezidenti – “Absheron Saffron Ltd” MMC-nin direktoru Həbib Yüzbaşiyev tutduğu vəzifədən azad edilib.

Banker.az xəbər verir ki, şirkətə rəhbərlik Rahib Kəlbiyevə həvalə edilib.

Bundan başqa, kommersiya qurumunun nizamnamə kapitalı kəskin artırılaraq 400 manatdan 180 400 manata çatdırılıb.

Qeyd edək ki, “Absheron Saffron Ltd” 2016-cı ildə yaradılıb və 2019-cu ildə ona rezidentlik statusu verilib.

Müəssisə Pirallahıda İtaliya və Türkiyə texnologiyaları ilə zəfərandan mürəbbə, limonad, qurudulmuş zəfəran istehsal edir.

Son xəbərlər
Digər xəbərlər