14 C
Baku
Monday, November 10, 2025

Pirallahıda dərman istehsalı zavodu tikiləcək – 13.7 mln. manat investisiya

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və “Diamed Development Group” MMC arasında İnfuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Ümumi dəyəri 13,7 mln. manat olan layihədə AİŞ-in payı 20% təşkil edir. Pirallahı rayonunda yerləşəcək, illik istehsal gücü 20 mln. ədəd məhsul olan müəssisədə 100 nəfərədək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, infuzion məhlullar insan orqanizmində su-elektrolit balansının qorunması və optimal metabolizmin təmin olunması məqsədilə istifadə olunur. Layihə çərçivəsində əsasən natrium xlorid (0,9%), ringer laktat və qlükoza (5%) məhsullarının istehsalı nəzərdə tutulur.

 

Son xəbərlər
Digər xəbərlər