El Dunlep: Arzuladığın hər şeyə nail ola bilərsən
El Dunlep ScottPaper də daxil olmaqla bir çox şirkətlərdə baş direktor vəzifəsində çalışıb. 1996-cı ildə o Sunbeam şirkətinə prezident təyin edildikdən sonra şirkətin səhmlərinin dəyəri 50% artır. Lakin 2002-ci ildə belə aydınlaşır ki, 1997-ci ildə əldə edilən 60 milyon dollar həqiqi deyil.
Nəticədə məhkəmədən öncəki razılaşmada Qiymətli kağızlar və birja komitəsi ilə razılığa gələn Dunlep bir daha ictimai şirkətlərə rəhbərlik etməyəcəyinə razılıq verir.
Dunlep 1996-cı ildə yazdığı avtobioqrafik kitabında deyir: “Bizi irəli hərəkət etməyə mane olan baryerləri özümüz öz daxilimizdə yaradırıq”.
Lou Pearlman: Xəsis olmaq lazım deyil
Lou Pearlman 1990-cı illərin amerikan pop musiqisinin ən yaxşı prodüsserlərindən biri idi və BackstreetBoys, NSYNC, O-Town və LFO kimi məşhur qrupları yaratmışdı.
2006-cı ildə belə məlum olur ki, o həm də maliyyə piramidasının müəllifidir və bunun nəticəsində investorlar 447 milyon dollar itirmişlər.
Pearlman 2002-ci ildə öz ilk kitabında yazır: “Xəsislik çox pisdir. Hər müqavilə ciddi razılaşmalardır və bu razılaşmalar qələbə haqqında deyil, daha çox güşəzt və məsulliyyət haqqındadır”.
Donald Trump: Çox öyünmək lazım deyil
Donald Trump dəfələrlə müflis olmaq həddinə çatsa da, uçurumun kənarından geri dönə bilir.
Trump 1990-cı ildə yazdığı kitabında deyir: Siz özünüzə əmin olmalı, lakin bununla belə öyünməməlisiniz. Kim daim qələbə qazanacağını düşünürsə, o həmişə uduzacaq”.
Kay Whitmore: Hər bir lider özünü sahibkar kimi aparmalıdır
Kay Whitmore Kodak şirkətinin bazarda əsas rəqibi Polaroid ilə mübarizə apardığı vaxt ona rəhbərlik edib. O xərcləri azaldıb, gəlirləri artıra bilmədiyi üçün 1993-cü ildə şirkətdən qovulur.
Kay Whitmore 1986-cı ildə demişdi: “Liderlər daim yeniliyə can atmalı və əsl sahibkar olmalıdırlar”.
Barri Minkov: Hətta yeniyetmələr belə ən yaxşı sahibkar olmalıdırlar, təbii ki, məqsədlərinə çatmaq istəyirlərsə
1986-cı ildə 18 yaşlı Minkov ictimai şirkətin ən gənc rəhbərinə çevrilir. Bir ildən sonra isə belə məlum olur ki, ZZZZBest adi maliyyə piramidası idi və investorlar 100 milyon dollar itirir. 1995-ci ildə o həbsxanadan çıxır və protestant keşişi olur.
Minkov 1985-ci ildə öz kitabında yazır: “Uğura nail olmaq üçün çox istəməlisiniz. Heç nəyə, hətta öz gənc yaşınıza baxmayaraq siz uğura nail olacaqsınız”.