21 C
Baku
Şənbə, May 21, 2022

Piter Teys: “Azərbaycanın sabit iqtisadiyyatı ABŞ-ın strateji sərmayələri üçün əlverişlidir”

“ABŞ ixracatı üçün ölçüsü etibarilə 110-cu bazar olan Azərbaycanın çox sabit iqtisadiyyatı ABŞ-ın strateji sərmayələri üçün xeyli əlverişlidir”.

Bunu amerikalı politoloq, beynəlxalq münasibətlər eksperti Piter Teys bildirib.

ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 ilinin tamam olduğunu xatırladan ekspert iki ölkə arasındakı əməkdaşlıqda iqtisadiyyat və ticarətin mühüm yer tutduğunu deyib.

Onun fikrincə, Prezident İlham Əliyevin yürütdüyü praqmatik və səmərəli xarici siyasət həmin əməkdaşlığın daha da genişlənməsinə gətirib çıxararaq rəsmi Vaşinqtonun diqqətini Azərbaycandakı əlverişli işgüzar mühitə cəlb edib.

“Hazırda Birləşmiş Ştatların 125-ci böyük ticarət tərəfdaşı olan Azərbaycanla qarşılıqlı ticarət dövriyəsinin həcmi 2019-cu ildə 400 milyon dollar təşkil edib. O cümlədən ABŞ-dan Azərbaycana tədarükün həcmi 374 milyon dollar, həmin ölkədən ixracat da 26 milyon dollar olub. Beləliklə, 2019-cu ildə ABŞ-ın Azərbaycanla ticarət qalığı 348 milyon dollar təşkil edib”, – amerikalı ekspert vurğulayıb.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər