17 C
Baku
Çərşənbə axşamı, Sentyabr 28, 2021

Pivə bahalaşır, bu isə Azərbaycanda əhalinin pul xərcləməsinə mane olmur

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda son ildə pivə içkisinin pərakəndə satış dövriyyəsində böyük artım müşahidə edilməkdədir. 2021-ci ilin birinci yarısında Azərbaycanda satılan pivənin satış dövriyyəsi illik müqayisədə 12.2 faiz artmışdır.

Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2021-ci ilin birinci yarısında 11.66 mln. manat həcmində pivənin pərakəndə satışı həyata keçib.  Bu da dövriyyənin 2020-ci ilin birinci yarısı ilə müqayisədə 1.28 mln. dollar artmasıdır.

Pivə içkisinin əsas mövsümü yay ayları olduğundan ilin ikinci rübünə nəzər saldıq. İlin ikinci rübü, yəni aprel-iyun aylarında isə 6.83 mln. manatlıq pivənin pərakəndə satışı həyata keçirilib. Bu da 2020-ci ilin eyni dövrünü 13.8% üstələmiş olur.

Bu dövriyyənin artmasına səbəb məhsulun satışındakı artımdırmı?

2021-ci ildə Azərbaycanda yerli pivə istehsalının artımında müsbət dinamika müşahidə edilir. İlin ilk yarımilliyi üzrə rəsmi göstəricilərdə istehsal həcminin 3.3% artımla 2 574.3 min dkl-a çatdığı göstərilir. Ölkədə son illərdə bu içkinin istehlak həcmi ilə bağlı müsbət meyillər var. Məsələn, araq, brendi (konyak) və digər spirtli içkilərin istehsal həcmində hətta bəzi vaxtlarda kəskin azalma görünsə də, pivə istehsalının artımında stabil olaraq artıma istiqamət alıb.

beer
Pivə

Lakin hazırda ölkədə mağaza, restoran və otellərdə satılan pivənin dövriyyəsində artımı tətikləyən miqdar baxımdan daha çox satılmasını göstərmək olmaz. Burada qiymət artımlarını göstərmək olar.

Ortastatistik olaraq hər yerli istehsal olan pivənin hər 0.5 litrinin qiyməti 1.79 manat, xaricdən idxal olunanların isə 2.96 manatdır. Bu da o deməkdir ki, yerli istehsal olanların qiymətində 8%, xaricdən idxal olunanların isə 15.5% bahalaşma müşahidə edilmişdir. Beləliklə, ölkə üzrə pivənin hər 0.5 l-nin qiymətində 11.6% artım olub.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər