Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il dekabrın 16-da ölkə üzrə 401 ictimai iaşə obyektində 707 monitorinq keçirib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Kolomeysev küç., ev 8 ünvanında yerləşən, fiziki şəxs Qədirov Rüstəm Xanlar oğluna məxsus “Pizza İnn” kafesi;
2. Bakı şəhəri, Nizami rayonu, Ə. Hacıyev küç., ev 4 ünvanında yerləşən, fiziki şəxs Quliyev Kənan Arif oğluna məxsus restoran;
3. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., Salyan şosesi 22 ünvanında yerləşən, fiziki şəxs Baqişov Zaur Mirbəşir oğluna məxsus kafe;
4. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küç., ev 15C ünvanında yerləşən, hüquqi şəxs “Pja” MMC-yə məxsus restoran;
5. Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 32E ünvanında yerləşən, fiziki şəxs Hacıəhmədli Qurban oğluna məxsus çay evi;
6. Bakı şəhəri, Sabunçu rayonu, O. Əfəndiyev küçəsi 4V ünvanında yerləşən, fiziki şəxs Əmrahov Cambulad Zahid oğluna məxsus “Pivə” kafesi;
7. Samux şəhəri, Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən, Quliyev Ramal Hamil oğluna məxsus “Qoşa Çinar” restoranı;
8. Salyan rayonu, Marışlı kəndində yerləşən, Cahangirov Anar İsa oğluna məxsus yeməkxana;
9. Salyan rayonu, Yenikənd kəndində yerləşən, Salayev Həsrət Hacırza oğluna məxsus yeməkxana.