17 C
Baku
Monday, April 29, 2024

PL/TMM şöbəsinə mütəxəssis – Bank Respublika ASC

Bank Respublika” ASC Əməliyyatlara Nəzarət departamentin “PL/TMM şöbəsinə mütəxəssis”   vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Müştəri profilinin və əməliyyatlarının analitikası;
• Analiz nəticələrinin “case” şəklində yaradılması;
• Proqram təminatında “ssenarilərin” yazılması;
• Müxbir banklardan daxil olan bank və müştərilər ilə əlaqəli sorğuların cavablandırılması;
• Müxbir banklar və xarici partnyorlar ilə yazılı və şifahi danışıqların aparılması;
• Nəzarət orqanları və rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması və s.

Namizədə qarşı tələblər:

• Ali texniki təhsil;
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri mükəmməl olmalı;
• Excel proqramında işləmək bacarığı;
• IT sahəsində minimal biliklərin olması arzuolunandır;
• Bank fəaliyyətini tənzimləyən qanun və normativləri bilməsi arzuolunandır;
• PL/TMM sahəsi üzrə iş təcrübəsinin olması arzuolunandır;
• Analitik düşünmə qabiliyyəti;
• Yüksək ünsiyyət bacarığı;
• Xarici partnyorlarla görüşlərdə çıxış etmək və danışıqlar aparmaq bacarığı;

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 iyul 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “PL/TMM şöbəsinə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər