5 C
Baku
Saturday, December 14, 2024

Plaçebo effekti

Əvvəllər Plaçebo effektini (Plaçebo – müalicəvi xassələrə malik olmayan, lakin bununla belə müalicəvi təsir edən maddədir) şüurlu təlqinlə izah edirdilər. Lakin Massaçusets xəstəxanasının əsas biotibbi araşdırma mərkəzi və psixiatriya bölməsi Harvard tibb məktəbinin mütəxəssisləri ilə birgə bunun əksini sübut etdilər. Bir sıra araşdırmalardan sonra onlar belə nəticəyə gəlir ki, plaçebo müalicəvi effektində əsas rolu şüursuz mexanizmlər oynayır.

Araşdırma müəlliflərindən biri demişdir: “Bu əminlik və şüuri gözləntilərdən daha avtomatik və təməli mexanizm olmaqla, bizim reaksiya və davranışımıza təsir göstərir. Bu eksperimental modelin baş beyinin işi ilə uyğunluğunu araşdıraraq Plaçebo effektini daha dəqiq öyrənmək mümkündür”.

Hazırda alimlərin qarşısında bu effektin işləmə mexanizmini öyrənmək kimi bir məsələ dayanır. Əgər onlar bunu bacarsa, beyinə təsir edən və bununla da orqanizmi sağaldan yeni növ dərmanlar yaradılacaq.

Son xəbərlər
Digər xəbərlər