Şeldon Adelson amerikalı sahibkar və biznesmendir. O planetimizdə ən zəngin 6 insandan biri hesab olunur. Eyni zamanda dünyada ən varlı yəhudi və ABŞ-ın ən zəngin üçüncü insanı hesab olunur. Şeldon Adelson dünyada ən məşhur kazino və böyük otellər şəbəkəsi olan “Las Vegas Sands Corp.,”- un əsas sahibi və direktor şurasının nümayəndəsidir. Bununla yanaşı o bir neçə sərgi mərkəzlərinin sahibidir. Məhz Adelson Amerikada sərgi mərkəzi açan ilk şəxs idi və o günə qədər ABŞ-da bütün belə təşkilatlar dövlətin mülkiyyətində idi.
Şeldon Adelson 1 avqust 1933-cü ildə Massaçuets ştatı, Dorçester şəhərində ukraynalı miqrant ailəsində dünyaya gəlmişdi. Onun atası taksi idarə edirdi. Onun qazancı ailəni dolandırmaq üçün kifayət etmirdi və Adelson ali təhsil almadan məktəbi güclə bitirə bildi.
Adelsonun 12 yaşı olanda şəhərin küçələrində qəzet sataraq öz ilk pullarını qazanmağa başladı. Məhz bu dövrdən onda biznesin təşkili və idarəçilik qabiliyyəti formalaşır. O öz həmsiniflərini işə cəlb edərək qəzet satışını genişləndirdi. Öz “işçi”lərini o yeni xəbərlərlə maraqlana biləcək insanların gəliş-gedişinin çox olduğu yerlərdə yerləşdirirdi. Beləliklə 12 yaşında Şeldon ona əhəmiyyətli dərəcədə gəlir gətirən ilk müəssisəsini yaratdı. Daha sonralar o ipoteka brokeri vəzifəsində investisiya və maliyyə məsləhətçisi kimi işləyir. Fövqəladə ağlı və fərasəti, həmçinin riyaziyyatdan əla bilikləri ona 15 yaşında pul məsələləri ilə bağlı məsləhətlər verməyə imkan verirdi.
Şeldon Adelson müxtəlif sferalar üzrə 50-dən çox şirkət yaratsa da, son da o kazino və otellər üzərində dayandı. Bu sahə həmçinin biznesin ən perspektivli və gəlirli istiqamətlərindən biridir.
Fəaliyyət sahəsi
1979-cu ildə Computer Systems News kompüter jurnalı vasitəsilə Adelsona kompyuter komponentləri istehsal edənlər üçün sərgi mərkəzinin yaradılması ideyası gəldi. O dövrdə belə bir mərkəz fəaliyyət göstərmirdi. Öz yaradıcı fikirləri bu dəfə də onu yarı yolda qoymadı və Comdex adında sərgi mərkəzinin və eyniadlı şirkətin yaradılması ilə nəticələndi. 1988-ci ildə 8 ay müddətinə sərgi üçün meydançalar tikildi. Las-Veqas şəhəri ABŞ-ın müxtəlif yerlərində istifadə olunmuş malların sərgisi keçirilən məkana çevrildi.
Eyni zamanda 1988-ci ildə Adelsonun şirkəti The Sands Hotel & Casino-nu aldı. Növbəti il isə Adelson və onun həmkarları yeni The Sands Expo Convention Center adlı yeni sərgi mərkəzi açdılar. Andelsonun bu fəaliyyətləri ABŞ-ın sərgi sənayesində Las-Veqasın mövqeyini gücləndirdi.
2004-cü ildə Alderson Çinin qumar paytaxtı hesab edilən Makao şəhərində Sands kazinosunun tikintisinə 265 milyon dollar pul yatırdı. Elə həmin ildə Sands kazinosunun səhmləri fond bazarında yerləşdirildi. Bunun nəticəsində Aldersonun sərvəti 750% artdı.
Xeyriyyəçilik fəaliyyəti
Şeldon Alderson həm də ən səxavətli xeyriyyəçilərdən idi və milyonlarla dollarını xeyriyyəçilik yolunda xərcləmişdi. Məsələn, o doğma vətənləri olan İsrailə getməsi üçün yəhudi gənclərə 25 milyon dollar xərcləyərək səfər təşkil edir.
2007-ci ildə onun dəstəyi ilə Tel-Əviv universitetində tibbi tədqiqatlar mərkəzi yaradılmışdı. Bütün xeyrriyəçiliklə bağlı məsələlərlə isə onun həyat yoldaşı Miriam Adelson məşğul olurdu.