11 C
Baku
Thursday, March 6, 2025

Planeti ən çox çirkləndirən enerji şirkətləri

Qlobal CO2 emissiyalarının yarısı dünyanın 36 ən böyük enerji şirkəti tərəfindən istehsal olunan neft, qaz və kömürdən yaranır. Bu məlumatlar Amerikanın “InfluenceMap” tədqiqat mərkəzi tərəfindən hazırlanan “Carbon Majors” hesabatında yer alıb.

Onun müəllifləri 169 iri enerji şirkəti tərəfindən istehsal olunan neft, qaz və kömürün yanması nəticəsində yaranan ümumi emissiyaları hesablayıblar: 2023-cü ildə 33.9 milyard ton CO2.

“Saudi Aramco” zərərli tullantılara görə liderdir: onun istehsal etdiyi yanacaq bütün qlobal CO2 emissiyalarının 4.4%-ni (1.66 milyard ton) təşkil edir. İlk beşliyə həmçinin Hindistanın “Coal India” (3.7%), Çinin “CHN Energy” (3.6%), İranın “National Iranian Oil Company” (2.8%) və daha bir Çin şirkəti – “Jinneng Group” (2.9%) daxildir.

“Qlobal iqlim öhdəliklərinə baxmayaraq, dünyanın ən böyük qalıq yanacaq istehsalçılarının kiçik bir qrupu hasilatı və emissiyaları əhəmiyyətli dərəcədə artırır. Tədqiqat bu şirkətlərin iqlim böhranına qeyri-mütənasib təsirini vurğulayır və korporativ məsuliyyət tələblərinin həyata keçirilməsini dəstəkləyir”, – mesajda deyilir.

Son xəbərlər
Digər xəbərlər