20 C
Baku
Monday, October 7, 2024

“Planlaşdırma nəticəsində Cənub Qaz Dəhlizi layihəsinin dəyəri 33 milyard dollara enib”

Cənub Qaz Dəhlizi layihəsinə nəzər saldıqda, onun bir çox parametrlər üzrə çox nadir olduğunu görə bilərik. Onun uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir. Cənub Qaz Dəhlizi mövcud olan ən yüksək ekoloji standartlara cavab verir.

Banker.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında danışıb.

O, bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin dəyərinə gəldikdə, ilkin olaraq dəyər 44,6 milyard dollar məbləğində hesablanmışdı. Lakin səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində layihənin dəyəri 33 milyard dollara enmişdir.

“Bunun özü əhəmiyyətli bir nailiyyətdir. Çünki adətən tikinti layihələrinin icrası zamanı dəyər azalmır, əksinə, artır. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan layihəyə 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə töhfəsi vermişdir və biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər dörd seqmentində – “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak etmişik” – deyə İlham Əliyev bildirib.

Son xəbərlər
Digər xəbərlər