9 C
Baku
Thursday, December 12, 2024

Plastc: 9 milyon dollarlıq sifariş toplamış şirkət müflis olub

Plastc vahid bank kartının yaradıcısı və sifarişlərdən 9 milyon dollar toplamış şirkət müflis olduğunu elan edib.

Banker.az saytının xarici mediaya istinadən verdiyi xəbərə görə, şirkət inkişaf üçün vəsaitin olmaması və investorların cəlb edilməsində üzləşdiyi uğursuzluq səbəbindən özünü müflis elan etməyə qərar verib. “İnvestisiya mərhələsini 2017-ci ilin fevral ayının sonunda, 3,5 milyon dollarda bağlamağı planlaşdırmışdıq. Bu vəsaitlər kütləvi istehsal və sifariş vermiş müştərilərə kartın çatdırılmasına sərf edilməli idi. Lakin ilk olaraq investorlar qrupu müqaviləni təxirə saldı, bir neçə həftə sonra isə mərhələ çökdü. Bunun ardınca digər bir investor şirkətə 6,75 milyon dollar yatırım etməli idi. Lakin o da son anda təklifindən vaz keçdiyini elan etdi. Biz çox məyusuq” – deyə şirkət məsələyə aydınlıq gətirib.

Qeyd edək ki, Plastc 2014-cü ildə iki sahibkar – Rayn Markis və Marks Stabbs tərəfindən yaradılıb. Onlar layihə çərçivəsində özündə 20 bank kartının məlumatlarını saxlayan və onlar arasında əlaqə yaradan cihaz yaratmağı planlaşdırırdı. Bu gadget NFC və EMV standartlarını dəstəkləməli idi.

Verilən məlumatlarda həmçinin qeyd edilib ki, cihazı sifariş vermiş şəxslər öz vəsaitlərini geri qaytara bilməyəcək.

Son xəbərlər
Digər xəbərlər